Rusiya koronavirus xəstələrinin müalicəsinə 565 mln. dollar xərcləyib

Rusiyada koronavirus infeksiyası olan xəstələrin müalicəsi üçün İcbari Tibbi Sığorta Fondundan təxminən 40 mlrd. rubl (565 mln. ABŞ dolları) ayrılıb.

Gununsesi.org-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Baş nazirinin müavini Tatyana Qolikova koronavirusun yayılmasına qarşı mübarizə üzrə Koordinasiya Şurasının iclasında deyib.

“İcbari Tibbi Sığorta Fondunun məlumatına görə, bu ilin mart ayından may ayınadək yeni növ koronavirus infeksiyasının müalicəsi üçün dövlət zəmanət proqramından 22,3 mlrd. rubl (315 mln. dollar) ayrılıb. İlkin qiymətləndirməyə görə, iyun ayında bütün müddət ərzində bu məqsədlər üçün ayrılan ümumi vəsait təxminən 40 mlrd. rubl təşkil edəcək”, – deyə T. Qolikova bildirib.

Baş nazirin müavini onu da qeyd edib ki, Rusiya pandemiyanı az itkilərlə geridə qoya bilib.

 

 

Gununsesi.org