Rusiya Krım körpüsündəki partlayışı kimin təşkil etdiyini AÇIQLADI

  • By admin
  • 12 Oktyabr 2022 10:13

“Krım körpüsündəki terror aktını Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov təşkil edib”.

Gununsesi.info “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb.

“Federal Təhlükəsizlik Xidməti İstintaq Komitəsi ilə birlikdə təyin edib ki, Krım körpüsündə terror aktının təşkilatçısı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, onun rəhbəri Kirill Budanov, idarənin əməkdaşları və agent şəbəkəsi olub”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, oktyabrın 8-i Krım körpüsündə baş verən partlayışda 4 nəfər həlak olub. Faciə qurbanları partladılmış yük maşınının yanında gedən minik avtomobilinin sərnişinləri olub.

Gununsesi.info