“Rusiya Krım üzərində tam nəzarəti Ukraynaya qaytarmayana kimi…” – Tillerson

  • By admin
  • 24 Aprel 2017 20:42

o-REX-TILLERSON-facebook-300x150

 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillerson Ukraynanın Prezidenti Pyotr Poroşenko ilə telefon danışığı zamanı deyib ki, Ukraynanın şərqində Rusiyanın davranışı Vaşinqton-Moskva münasibətlərinin yaxşılaşmasına mane olur.

Dövlət katibi bu yaxınlarda baş tutmuş Moskva səfərini və Rusiya rəhbərliyinə ismarıcını müzakirə etmək üçün Ukrayna liderinə telefon açıb.

Poroşenko, bu günlərdə Donbasda ATƏT nümayəndəsi olan ABŞ vətəndaşının həlak olması münasibətilə Tillersona başsağlığı verib.

ABŞ dövlət katibi Ukrayna Prezidentini əmin edib ki, Rusiya Krım üzərində tam nəzarəti Ukraynaya qaytarmayana və Minsk sazişinin şərtlərini tam yerinə yetirməyənə qədər, Birləşmiş Ştatlar Rusiyanın üzərindən sanksiyaları götürməyəcək.

 

Gununsesi.info