Rusiya Kuba və Vyetnamda yenidən hərbi bazalarını bərpa etmək istəyir.
Gununsesi.info “RİA-Novosti”-yə istinadən xəbər verir ki, Rusiya müdafiə nazirinin müavini Nikolay Pankov Dövlət Dumasında çıxışı zamanı rus hərbi bazalarının yenidən Kuba və Vyetnamda bərpa edəcəyini istisna etməyib: “Biz hazırda bu işlə məşğuluq”.
Bununla belə nazir müavini məslənin detallarını açıqlamayıb və bu məsələ ilə bağlı suallardan yayınıb.
Dövlət Duması da Rus hərbi bazalarının Kuba və Vyetnama qaydışını alqışlayıb və dəsətkləyib.
Dumada “Ədalətli Rusiya” fraksiyasının rəhbərinin müavini Oleq Nilov çıxış edərək deyib ki, əgər ünya birliyi bizimlə diplomatik dildə danışmaq istəmirlərdsə, o zaman biz də dünya birliyi ilə təhdid yolu ilə mübarizə aparacağıq: “Bu ilk olaraq İŞİD adı altında fəaliyyət göstərən faşist təşkilatına aiddir və onu kimlər himayə edir”.
Qeyd edək ki, 2002-ci ilədək Kubada Lurdese də Radieletron kəşfiyyat mərkəzi, Vyetnamın Kamrani şəhərində Rusiya Hərbi-Dəniz Donanmasının bazası fəaliyyət göstərirdi.
Gununsesi.info