Putin:Avrasiyada nəqliyyat dəhlizlərinin inkişafı üçün səylərin davam etdirilməsi vacibdir

  • By ilhame
  • 14 İyun 2024 14:10

Avrasiyada kollektiv təhlükəsizlik təminatlarının geniş müzakirəsinə başlamaq lazımdır.

 

Gununsesi.info-nun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

 

O qeyd edib ki, Avrasiyada beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində səyləri davam etdirmək lazımdır.

 

V.Putin iqtisadiyyat, iqlim və yoxsulluqla mübarizə məsələlərinin Avrasiya təhlükəsizlik sisteminin mühüm hissəsinə çevriləcəyini də vurğulayıb.

Gununsesi.info