Rusiya Liman şəhərindən geri çəkildiyini etiraf etdi

  • By admin
  • 01 Oktyabr 2022 18:22

Rusiya qoşunları Ukraynanın Krasnıy Liman şəhərindən geri çəkildiyini etiraf edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Mühasirə təhlükəsinin yaradılması ilə əlaqədar olaraq, müttəfiq qoşunları Krasnıy Limandan daha sərfəli mövqelərə çəkilib”, – deyə Nazirlik bildirib.

Qeyd edək ki, Ukrayna strateji Liman şəhərinə daxil olduğunu elan edib.

Gununsesi.info