Rusiya Litva diplomatına viza vermədi

  • By admin
  • 29 May 2021 23:09

Rusiya Litvanın Moskvadakı səfirliyinə yeni təyin olunmuş mədəniyyət attaşesi Rimantas Vinqrasa viza verməkdən imtina edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Litvanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Normal viza prosedurlarının bir hissəsi olaraq, Rusiya Federasiyası bu ölkəyə təyin olunmuş mədəniyyət attaşesinə giriş sənədi verməkdən imtina edib. Hazırda Litvanın Rusiyada mədəniyyət attaşesi yoxdur”, – deyə məlumatda qeyd olunub.

Gununsesi.info