Rusiya Lvovda yaşayış massivini raket atəşinə tutdu: Həlak olanlar var

  • By admin
  • 09 Mart 2023 12:04

Rusiyaya məxsus raket Ukraynanın Lvov vilayətinin Zoloçevski rayonu ərazisindəki yaşayış massivinə düşüb.

İlkin məlumatlara görə, 4 nəfər (iki kişi və iki qadın) həlak olub.

Raketin yaşayış məntəqəsinə düşməsi yanğına səbəb olub. Yanğın nəticəsində üç ev, üç avtomobil, bir qaraj və bir neçə yardımçı tikili yanıb.

Həyatını itirənlər raket düşən zaman onlar evdə olublar. Dağıntılar altında başqa insanların da ola biləcəyi istisna edilmir.

Xatırladaq ki, Rusiya martın 9-da gecə və səhər saatlarında Ukraynaya raketlə hücum edib.

Enerji obyektlərinin atəşə tutulması Kiyev, Nikolayev, Xarkov, Zaporojye, Odessa, Dnepropetrovsk və Jitomir vilayətlərində qeydə alınıb.

Ukraynanın hava hücumundan müdafiə qüvvələri ölkənin cənubunda 8 raket və bir PUA-nı vurub. Bundan əlavə, Dnepropetrovsk vilayətində müdafiəçilər düşmənin 7 raketini məhv ediblər.

Gununsesi.info