Rusiya Mərkəzi Bankı uçot dərəcəsini QALDIRDI

  • By admin
  • 28 Fevral 2022 10:57

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 20 faizədək artırıb.

Gununsesi.info məlumatına görə, bu barədə bankın qərarında deyilir.

Qurum bu qərarı ölkə iqtisadiyyatı üçün xarici şərtlərin əsaslı şəkildə dəyişməsi ilə izah edib.

“Bu, maliyyə və qiymət sabitliyini qorumağa, vətəndaşların əmanətlərinin dəyər itirməsinin qarşısını almağa imkan verəcək” , – deyə məlumatda bildirilib.

Gununsesi.info