Rusiya Mərkəzi Bankının məxfi sənədləri ələ keçirildi - FOTO

  • By admin
  • 26 Mart 2022 12:45

“Anonymous” haker qrupu Rusiya Mərkəzi Bankının saytına hücum edərək 28 GB-lıq – bütün əməliyyatların məlumatını dərc edib. 

Gununsesi.info xarici KİV-ə istinadla xəbər verir ki, haker qrupu bununla Rusiya iqtisadiyyatının hansı vəziyyətdə olduğunu insanlara göstərməyə çalışıblar:

“İndi biz Rusiya Mərkəzi Bankının minlərlə sənədlərini, hər cür əməliyyatları, fərmanlarını, hesabatlarını dərc edirik. İnsanlar Rusiya iqtisadiyyatının əslində nə olduğunu öyrənəcəklər. Bəyannamələr, yazışmalar, başqa ölkələrlə imzalanmış ticarət müqavilələri, oliqarxların sirləri… Onların istifadə etdikləri məxfi videolar və tətbiqlər… Biz sənin sarayındayıq, biz sənin mətbəxindəyik, bizi harada yemək yeyirsənsə, oradayıq. Biz sənin süfrənin arxasındayıq. Biz sənin yatdığın yerdəyik”, – deyə dünyaca məşhur qrupun video açıqlamasında bildirilib.

Gununsesi.info