Rusiya Malinin müdafiə nazirinin ölümünü təsdiqləyib

  • By Admin2
  • 28 Aprel 2026 16:47

Mali müdafiə naziri Sadio Kamara paytaxt Bamakodakı iqamətgahının yaxınlığında intiharçı avtomobilinin partladılması nəticəsində həlak olub.

Gununsesi.info bu barədə xarici mediaya istinadən məlumat verir.

Agentliyin bəyanatında bildirilir ki, qanunsuz silahlı qruplar (QSQ) Bamakodakı əsas hökumət və hərbi obyektlərə nəzarəti ələ keçirmək üçün bir neçə dəfə cəhd göstərib. Xüsusilə prezident sarayına hücum edilib.

Malinin müdafiə nazirinin ölümünü ilk bildirənlərdən biri Keçid Şurasının Müdafiə Komissiyasının vitse-prezidenti Fuseinou Uattara idi və o, onu Rusiyanın böyük dostu adlandırdı.

Maqsud

Gununsesi.info