Rusiya millisinin məşqçisi: “Buraxılan qollarda Lunyovun bir damcı da səhvi yox idi”

  • By admin
  • 08 Mart 2024 12:18

“Andrey bu il nümayiş etdirdiyi öz səviyyəsində oynadı. “Qarabağ”da çıxış etdiyi ilk vaxtdan çox yüksəyə qalxdı”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya millisinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov deyib

O, “Qarabağ”ın qapıçısı Andrey Lunyovun “Bayer”lə matçdakı çıxışını qiymətləndirib: “Andreyin çox güclü oynadığını və bunu bir daha sübut etdiyini çəkinmədən deyə bilərəm. “Bayer” bu mövsümdə hələ uduzmayıb və çox güclü komandadır. Lunyov onlarla matçda çox layiqli görünürdü. Buraxılan qollarda onun bir damcı da səhvi yox idi. O, müdafiəçilərin səhvlərindən sonra komandanı xilas edə biləcəyi qədər qurtardı. Ümid edirəm ki, cavab oyununda “Qarabağ”ın qrupda 1:5 hesabı ilə uduzduğu matçdakılar təkrarlanmayacaq. Həmin görüşdə də Andrey bacardığı hər şeyi etmişdi. Amma komandası bacardığından aşağı oynamışdı”.

Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Bayer” matçı 2:2 hesabı ilə nəticələnib.

 

Gununsesi.info