Rusiya MN-dən QARABAĞ AÇIQLAMASI

Qarabağda sutka ərzində bütün təmas xətti boyunca atəşkəsə əməl edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.

HTML tutorial

“Sülhməramlılar 27 məntəqədə gecə-gündüz müşahidə aparır, vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edir, əhaliyə humanitar yardım göstərirlər”, – məlumatda qeyd olunub.

Humanitar Minatəmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Qarabağ ərazisini minalardan təmizləməyə davam edirlər. Gün ərzində 18 hektar ərazi, 4 km yol, 3 yaşayış binası təmizlənib, 12 partlayıcı obyekt aşkar edilərək məhv edilib.

Bu günə kimi 1708 hektar ərazi, 529 km yol, 1616 yaşayış binası, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib. 25.249 partlayıcı maddə aşkar edərək zərərsizləşdirilib.

Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri koordinasiya etmək məqsədilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”.

Gununsesi.info