Rusiya MN PUA-larla hücumu terror aktı adlandırdı

“Ukrayna təyyarə tipli 8 pilotsuz uçuş aparatı ilə Moskvaya hücum etməyə cəhd edib”.

Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

PUA-ların hamısının zərərsizləşdirildiyi bildirilir.

Nazirlik sözügedən hücumu terror aktı da adlandırıb.
Xatırladaq ki, bu gün səhər saatlarında Moskvada yaşayış binalarına PUA-larla hücum edilməsi barədə məlumat yayılıb.