Rusiya MN: Qara dənizdə “Tu-154” təyyarəsinin qalıqları tapılıb

  • By admin
  • 25 Dekabr 2016 10:39

tu-134

 

Rusiya Müdafiə Nazirliyinin radardan itər “Tu-154” təyyarəsinin qalıqları Qara dənizdə Soçi sahillərindən 1,5 km uzaqlıqda, 50-70 metr dərinlikdə aşkarlanıb.

Gununsesi.info TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi  yerli vaxtla saat 05.40 (Bakı vaxtı ilə saat 06.40) radələrində Soçinin Adler aerodromundan havaya qalxdıqdan qısa müddət sonra radardan itib. Suriyanın Xmeymim aerodromuna uçan Təyyarədə 83 sərnişin və 8 heyət üzvü olub.

 

 

Gununsesi.info