
Rusiya Müdafiə Nazirliyi yeni açıqlama yayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada “Vaqner” silahlı qruplaşmasının ağır silahları rus ordusuna təhəvil verdiyi bildirilir.
“Ağır hərbi təchizatın Rusiya Silahlı Qüvvələrinin aktiv birliklərinə transferi davam edir”.
Xatırladaq ki, “Vaqner” muzdlu silahlı qruplaşması Rusiyanin hərbi nazirliyinə baş qaldırmazdan öncə həmin silahlarla Afrikada, Ukraynada və Suriyada döyüşüb.
Tərcümə: Arzu