Rusiya müdafiə nazirindən əlavə səfərbərlik AÇIQLAMASI

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı əlavə səfərbərlik elan etməyi planlaşdırmır.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin rəhbərliyi ilə tematik konfransda bildirib.

“Baş Qərargahın əlavə səfərbərlik planları yoxdur. Silahlı qüvvələr “xüsusi hərbi əməliyyat” keçirmək üçün lazımi sayda hərbi personala malikdir. Buna Vətənin müdafiəçiləri sıralarına fəal qoşulan vətəndaşlarımızın güclü vətənpərvər mövqeyi böyük dərəcədə kömək edir”, – Rusiya Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Onun sözlərinə görə, bu ilin əvvəlindən indiyədək 335 mindən çox insan müqavilə əsasında və könüllü birləşmələrə cəlb olunub, təkcə sentyabr ayında 50 mindən çox insan müqavilə imzalayıb.

Şoyqu qeyd edib ki, cari payız çağırışı çərçivəsində çağırılan “yeni rayonlar” da daxil olmaqla, bütün çağırışçılar döyüş bölgəsinə göndərilməyəcək.

Səid Əhmədli
Gununsesi.info