
Rusiya Müdafiə Nazirliyi Qarabağdakı son durumla bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“Azərbaycan silahlı qüvvələri üçtərəfli bəyanatın müddəalarını pozaraq, məsuliyyət zonasına daxil olub. Fərruz kəndində “Bayraktar” ilə Dağlıq Qarabağ silahlı birləşmələrin hərbi bölmələrinə 4 zərbə endirilib. Hazırda Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin həlli və qoşunların ilkin mövqelərinə qaytarılması üçün tədbirlər görür. Qoşunların çıxarılması üçün Azərbaycan tərəfinə müraciət göndərilib”.