Rusiya müdafiə xərclərini azaldır

  • By admin
  • 15 Avqust 2017 16:22

5992e4da8395a_1putin tass

Rusiyanın 2018-ci il üçün dövlət büdcəsində müdafiə sahəsinə ayrılan xərclərin azaldılması nəzərdə tutulub. Amma bu ordu və donanma avadanlığının təzələnməsi məqsədi daşıyan planlara təsir göstərməyəcək.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Vahid Rusiya” fraksiyasının Dövlət Dumasındakı rəhbəri Vladimir Vasiliyevlə görüşündə bildirib.

“Biz dövlət müdafiəsinin sifarişlərini yerinə yetirəcək və yeni proqramlar hazırlayacağıq”-deyə prezident bildirib.

Onun sözlərinə görə, Dövlət Dumasında ölkənin əsas maliyyə sənədinin hazırlanmasına çox diqqətlə baxmaq lazım olacaq.

Gununsesi.info