Rusiya Müdafiə Nazirliyindən Qarabağdakı vəziyyət haqda YENİ MƏLUMAT

  • By admin
  • 29 Mart 2022 19:10

“Rusiya sülhməramlı kontingenti iyirmi yeddi müşahidə məntəqəsində vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir”.

Gununsesi.info  xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyi Qarabağdakı hərbi missiyası ilə bağlı bugünkü məlumatında bu barədə bildirir.

Məlumatda deyilir ki, “Rusiya sülhməramlılarının məsuliyyət zonasında heç bir qanun pozuntusu qeydə alınmayıb. Ağdərə, Əsgəran və Laçın dəhlizində dörd marşrut üzrə patrul xidməti həyata keçirilib. Rusiya Sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.”

Gununsesi.info