Rusiya müdaxilə etməsə Azərbaycan güc yolu ilə məsələni qısa zamanda həll edəcək - POLİTOLOQ

  • By admin
  • 20 İyul 2017 14:48
ilqar
Son günlərdə Ermənistan cəmiyyətində Rusiyanın Azərbaycana silah satması ciddi narahatlıq doğurmaqla yanaşı, Rusiyaya qarşı bir etiraz kampaniyasına başlanılıb. Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin yaranması isə təbbi olaraq Kremlin heç xoşuna getmir. Bunu diplomatik kannallarla  İrəvan rəhbərliyinə çatdırıb. Bundan sonra  Serj Sərkisyan  və onun ətrafı bunun hansı ağır nəticələrə səbəb olacağından ehtiyatlanaraq geri çəkilməyə məcbur olub. Ona görə də bu günlərdə mətbuata açıqlamasında Rusiyanın Azərbaycana silah satmasını Rusiyanın daxili işi hesab etməklə yanaşı, Rusiyaya qarşı hər hansı sərt mövqelərinin Ermənistan üçün acı fəsadlara səbəb olacağını da dilə gətirib.
 Bununla bağlı Gununsesi.info-ya açıqlama verən Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə deyib ki, Sərkisyan Rusiyanın verəcəyi dərsin necə Ermənistana necə baha başa gələcəyini yaxşı anlayır. “2016-ci il aprel döyüşləri Sərkisyan üçün  bir dərs olub. O yaxşı bilir ki,  Azərbaycan hərbi əməliyyatlara başlayarsa və rusiya buna göz yumarsa, bunun hansı vəziyyət yaradacağını yaxşı anlayır. Sərkisyan bilir ki, Rusiya  hərbi əməliyyatlar zamanı bir neçə günlük prosesə müdaxilə etməzsə, Azərbaycan məsələni güc yolu ilə qısa zamanda həll edəcək. Odur ki, aprel hadisələri Sərkisyan üçün bir dərsdir”- deyə, İ. Vəlizadə vurğulayıb.
Rusiya Federasiya Şurasının Ermənistan-Rusiya birgə hərbi birləşmələr yaradılması haqqında sazişi ratifikasiya olunmasından ermənilərin  təbliğat kampaniyasına gəldikdə İ. Vəlizadə deyib ki,  birgə hərbi birliklərin yaradılan zaman əslində idarəçilik Rusiyanın əlində olacaq. “Baxmayaraq ki, sülh şəraitində İrəvan da bu hərbi birliklərə rəhbərlik edə bilər, ancaq  istənilən halda bu birliklərdən istifadə Rusiyanın razılığı ilə həyata keçirilməlidir”.
Bu hərbi birliklərin yaradılmasından Azərbaycana qarşı təbliğat maşını kimi istifadəsinə gəldikdə isə politoloq deyib ki,  bu blefdir: “Rusiya bundan hansısa münaqişə zmanı istifadə etməsi mümkün deyil. Ermənilər sadəcə bununla gözə kül üfürmək istəyirlər ki, guya onlar da bölgədəki hərbi-siyasi proseslərdə iştirak edəcəklər. Ancaq reallaıq tamam başqadır. Bu gün Ermənistanın sərhədlərinə Rusiya nəzarət edir. Bundan əlavə olaraq hava hücümundan müdafiə sistemi də Rusiyanın nəzarətindədir. Indi isə birgə hərbi birliklər yaratmaqla əslində Ermənistanın tamamilə Rusiyanın təsir dairəsinə salmaqdan ibarətdir. Ona görə də ermənilərin bu hərbi birliklərdən Qarabağda nə zamansa istifadəsi kimi düçüncələri xülyadan başqa bir şey deyil.
Burada digər ikinci əsas amil ondan ibarətdir ki, Rusyanın belə bir hərbi birlik yaratması digər siyasi hərbi birliklərə və dövlətlərə, xüsusən də NATO-ya, Türkiyəyə, Avropaya bir mesajıdır. Bununla bölgədəki vəziyyətə necə təsir etdiklərini və nəzarətləridnə saxladıqlarını nümayiş etdirmək sitəyirlər”.
Mürtəza
Gununsesi.info