“Ukraynada həyata keçirilən xüsusi hərbi əməliyyat Qərbin müdaxiləsi səbəbindən artıq müharibəyə çevrilib”.
Gununsesi.info xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov “Arqumentı i Faktı”ya müsahibəsində danışıb.
“Biz müharibə vəziyyətindəyik. Bəli, bu, xüsusi hərbi əməliyyat kimi başlayıb, lakin kollektiv Qərb Ukrayna tərəfindən bunun iştirakçısı olduqda artıq bizim üçün müharibəyə çevrildi. Mən buna əminəm. Hər kəs bunu öz daxili səfərbərliyi üçün başa düşməlidir”, – deyə Peskov qeyd edib.
Gununsesi.info