Rusiya müharibəyə əcnəbiləri cəlb edir

Rusiya hakimiyyəti Ukrayna ilə müharibədə iştirak etmək üçün qonşu ölkələrin vətəndaşlarını cəlb etməyə çalışır.

Gununsesi.info xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, iyunun sonunda Ermənistan və Qazaxıstanda Rusiya ordusunda müqavilə xidmətinə daxil olmaq təklifi ilə onlayn reklamlar peyda olub. Könüllülərə 495 min rubl birdəfəlik ödəniş və 190 min rubl maaş vəd edilib. Kəşfiyyatın məlumatına görə, ən aktiv işə qəbul çoxlu sayda etnik rusun yaşadığı Qazaxıstanın şimalındakı Kostanay vilayətində olub.

Mərkəzi Asiyadan olan ən azı 6 milyon miqrantı olan Rusiya hakimiyyəti 2023-cü ildən etibarən onları orduya cəlb etməyə çalışıb.

Eyni zamanda Özbəkistandan Mariupolda işləməyə gələn inşaatçıların Xarici İşlər Nazirliyi ilə müqavilə bağlamağa məcbur etmək üçün pasportlarının əlindən alındığını da deyilir.

Özbəkistan vətəndaşı bildirib ki, Daxili İşlər Nazirliyinin Kaluqa vilayəti üzrə miqrasiya idarəsində müfəttiş onun sənədlərinə belə baxmayıb və dərhal onu hərbi komissarlığa göndərib.

Polis Rusiya vətəndaşlığını qəbul edən, lakin hərbi qeydiyyatdan keçməyən əcnəbiləri tutmaq üçün reydlər keçirməyə başlayıb.

Bildirilir ki, 2022-ci ilin oktyabrında iki Tacikistan vətəndaşı Belqorod vilayətindəki poliqonda atışma törədib, nəticədə  11 şəxs ölüb, 15 nəfər yaralanıb.

Sonradan məlum olub ki, onlar Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayıblar və Moskvanın Çertanovski rayonunun Hərbi Komissarlığı tərəfindən səfərbər olunublar.

Qeyd edək ki, keçən il bir sıra postsovet ölkələrinin hakimiyyət orqanları həmvətənlərinə Ukrayna ərazisində müharibədə iştiraka görə cinayət məsuliyyəti barədə xəbərdarlıq etmişdi.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info