Rusiya Arktika enliklərində NATO ilə toqquşma risklərini proqnozlaşdırır. Norveçin şimalında NATO-nun müntəzəm hərbi təlimlər keçirməsi Arktikada təhlükəsizliyin təmin edilməsinə töhfə vermir.
Gununsesi.info xəbər verir ki, bunu TASS-a Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Arktika Şurasının yüksək vəzifəli şəxslər komitəsinin sədri Nikolay Korçunov deyib.
“NATO-nun Arktikada son vaxtlar artan fəallığı narahatlıq doğurur. Bu yaxınlarda alyansın daha bir irimiqyaslı hərbi təlimi Norveçin şimalında baş tutub ki, bu da fikrimizcə, regionda təhlükəsizliyin təmin olunmasına töhfə vermir” – diplomat bildirib.
Gununsesi.info