Rusiya nazirliyi Ağdamda işlərə başlayacaq – Təyyarələr Azərbaycana yollandılar

  • By admin
  • 04 Yanvar 2021 11:54

Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə işlərinin aparılması üçün Azərbaycana gələcək.

Gununsesi.orgbildirir ki, bu barədə Rusiya FHN bildirib.

Məlumata əsasən yanvarın 4-də göyərtəsində FHN pirotexniklərinin olduğu İl-76 təyyarəsi Azərbaycana yola düşüb.

Qeyd olunur ki, humanitar missiya çərçivəsində minalardan təmizləmə işləri Ağdam rayonunda həyata keçiriləcək

Gununsesi.org