“Rusiya nüvə müharibəsinə hazırdır” -Putin

“Rusiya hərbi-texniki baxımdan nüvə müharibəsinə hazırdır”.

Gununsesi.info “RBK” portalına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin aparıcı Dmitri Kiselyevə müsahibəsində deyib.

“Hərbi-texniki baxımdan, əlbəttə ki, biz hazırıq. Nüvə raketlərimiz daim döyüşə hazır vəziyyətdədir”, – deyə Rusiya lideri qeyd edib.

Putin, həmçinin vurğulayıb ki, Ukraynada həyata keçirilən xüsusi hərbi əməliyyat zamanı nüvə raketindən istifadə etmək zərurəti heç vaxt olmayıb.

 

Gununsesi.info