Rusiya Odessanı “İsgəndər”lə vurdu

  • By ilhame
  • 15 Mart 2024 21:55

Rusiya Ukraynanın Qara dəniz sahilində yerləşən Odessa bölgəsinə raket zərbələri endirib.

Gununsesi.info xəbər verir ki, zərbələr nəticəsində 16 nəfər ölüb, 70-dən çox adam yaralanıb.

Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın işğalı altında olan Krım yarımadasından atılan iki “İsgəndər-M” raketi Odessadakı yaşayış massivinə düşüb.

“Rusiya Odessa terrorunu davam etdirir. Həlak olanlar və yaralananlar arasında yerli sakinlər, tibb və təcili yardım işçiləri var”, – Ukraynanın baş prokuroru Andrey Kostin bildirib.

Kiper əlavə edib ki, həkim və xilasedicilər ilkin zərbə zamanı xəsarət alan insanlara kömək etmək üçün hadisə yerinə gedib, bu zaman ikinci raket düşüb.

Gununsesi.info