Rusiya oliqarxları Ukraynaya görə milyardlar itirdi

  • By admin
  • 23 Fevral 2022 17:53

Rusiya və Ukrayna arasında münaqişənin kəskinləşməsinə görə rus oliqarxlar 2022-ci ilin əvvəlindən bu yana milyardlarla dollar itiriblər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Məlumata görə, 23 ən varlı oliqarxın ümumi sərvəti 32 milyard dollar azalaraq 343 milyard dollara düşüb. Xüsusilə, rusiyalı milyarderlər siyahısına başçılıq edən Gennadi Timçenko sərvətinin demək olar ki, üçdə birini itirib.

Agentliyin hesablamalarına görə, “Sibur” və “Novatek”in Direktorlar Şurasının üzvü, Rusiya prezidenti Vladimir Putinin dostu Timçenkonun kapitalı ilin əvvəlindən 16 milyard dollara qədər azalıb. “Novatek”in digər səhmdarı Leonid Mixelsonun sərvətində ilin əvvəlindən 6,2 milyard dollar, “Lukoyl”un baş direktoru Vahid Ələkbərovun sərvətində isə 3,5 milyard dollar azalma olub. “Bloomberg” onu da qeyd edir ki, rus oliqarxlarının kapitalının azalması Qərbin sanksiyaları fonunda güclənə bilər.

 

 

Gununsesi.info