“Rusiya ordusu aktiv hücum etmək imkanını itirib” -EKSPERT

  • By admin
  • 11 İyul 2022 09:34

Ukraynaya genişmiqyaslı hərbi müdaxilənin beşinci ayında Rusiya ordusu aktiv hücum etmək imkanını itirdi.

Gununsesi.info xəbər verir ki, bu sözləri ukraynalı ekspert İvan Yakovina deyib.

“Kifayət qədər kiçik olan Lisiçansk şəhərinin ələ keçirilməsindən, belə cüzi uğurdan sonra Rusiya artıq hücuma keçə bilməz. Rus qoşunları ləngiyir, onların resursları, qüvvələri və ciddi hücum əməliyyatları aparmaq imkanları tükənir”, – ekspert bildirib.

Yakovina əmindir ki, işğalçı ordunun döyüş effektivliyi HİMARS tərəfindən əhəmiyyətli dərəcədə azaldılıb.

“Bu, çıxılmaz vəziyyətdir, ondan çıxış yolu yoxdur. Rusiya ordusu artıq irəliləmək iqtidarında deyil (yaxud tezliklə bu fürsəti tamamilə itirə bilər) və eyni zamanda, getdikcə daha ciddi itkilər verir. Çünki HİMARS tamamilə dəhşətli şeylər törədir, anbarları, logistik mərkəzləri, qərargahları məhv edir. Beləliklə, Ukraynanın Amerika istehsalı olan uzaqmənzilli raketləri Rusiya ordusunun əzələlərini, oynaqlarını və sinir sistemini məhv edir”, – ekspert qeyd edib.

Gununsesi.info