Rusiya ordusu bu istiqamətdə Ukrayna hərbçilərini pusquya salmaq istəyir

  • By admin
  • 23 Mart 2022 13:31

Böyük Britaniya kəşfiyyatının əldə etdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələri ölkənin şərqində müdafiəni qoruyub saxlayan, eyni zamanda şimal və cənubdan əks-hücuma keçən Ukrayna hərbçilərini pusquya salmağa çalışır. 

Gununsesi.info xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Ukraynadakı vəziyyətlə bağlı yaydığı kəşfiyyat məlumatlarında bildirilib.

“Ukraynanın şimalında döyüş vəziyyəti əsasən dəyişməz olaraq qalır. Rusiya Silahlı Qüvvələri genişmiqyaslı hücum əməliyyatlarını bərpa etməzdən əvvəl, çox güman ki, bir müddət ordunun yenidən təşkil olunmasını həyata keçirəcək. Rusiya ordusu şimalda Xarkov və cənubda Mariupoldan irəliləyərək Ukrayna Silahlı Qüvvələrini ölkənin şərqində mühasirəyə almağa çalışır” – məlumatda deyilir.

Qeyd olunub ki, rus qoşunları hələ də Nikolayevdə müdafiəni dəf edərək qərbə – Odessaya doğru irəliləməyə çalışır.

Gununsesi.info