Rusiya ordusu bu şəhəri darmadağın etdi

  • By admin
  • 06 Mart 2022 14:36

Çerniqovda dağıdılan o mikrorayonların 5-7 kilometr radiusunda bir dənə də olsun hərbi infrastruktur obyekti yoxdur və heç vaxt da olmayıb.

Gununsesi.info  xəbər verir ki, bu sözləri Vladislav Atroşenko “Qordon” saytına müsahibəsində deyib.

“Şəhərdə dəhşətli dağıntı var, şəhərimi tanımıram. Bu, 1941-ci il avqustun 23-dən avqustun 26-dək faşistlər tərəfindən bombalanmış şəhərdir. Çerniqov Avropanın ən çox zərər çəkən 10 şəhəri arasında idi. Görürəm ki, ruslar nasistləri üstələmək istəyirlər. Onlar isə şəhərin dağıdılmasında və dinc əhalinin məhv edilməsində artıq nasistləri geridə qoyublar. Bununla necə yaşayacaqlarını bilmirəm”, – Atroşenko bildirib.

Gununsesi.info