Rusiya ordusu daha bir əraziyə nəzarəti ələ keçirdi

Rusiyalı hərbçilər Ukraynanın Donetsk vilayətində daha bir yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov açıqlayıb.

Məlumata görə, Krasnaya Qora adlı kənd Rusiya tərəfinin nəzarətinə keçib.

Xatırladaq ki, Rusiya ordusu daha əvvəl Donetsk vilayətində Soledar şəhəri, Krasnopolyevka, Dvureçiye və Blaqodatnoe kəndlərinə də nəzarəti ələ keçirib.

Gununsesi.info