“Moskva yaxınlığında unikal taktiki-texniki xarakteristikaya malik “S-400” Triumf zenit-raket sistemi yerləşdirilıb”.
Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi xəbər verib.
Xəbərdə bildirilib ki, məqsəd Moskvanın hava hücumundan müdafiəsini eytibarlı şəkildə təmin etməkdir.
“S-400” Triumf zenit-raket sistemi 400 kilometr məsafədə istənilən hava hədəflərini, o cümlədən ballistik raketləri məhv edə bilir.
Rusiya ordusu 2017-cı ilin sonuna qədər əlavə 4 ədəd “S-400” hava hücumundan müdafiə sistemləri ilə təmin ediləcək.
Anar
Gununsesi.info