Rusiya ordusu hücuma hazırdır – UKRAYNA-MN

  • By admin
  • 18 Aprel 2022 20:39

Rusiya qoşunların yenidən qruplaşdırılmasını başa çatdırıb və Ukraynanın şərqində hücuma hazırdırlar.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik bildirib.

“Rusiya silahlı qüvvələri şərq əməliyyat zonasında hücum qruplaşmasının yaradılmasını başa çatdırıb. Eyni zamanda, düşmən Ukraynanın infrastruktur obyektlərinə raket və bomba zərbələri endirməkdən əl çəkmir. Xüsusilə, Rusiya əməliyyat-taktiki aviasiyası tərəfindən döyüşlərin sayı 1,5 dəfədən çox artıb”, – Motuzyanik söyləyib.

Gununsesi.info