Rusiya ordusu Kiyevə raket zərbələri endirib

  • By admin
  • 14 Yanvar 2023 12:29

Ukraynanın paytaxtı Kiyevdə ard-arda güclü partlayışlar baş verib.

Gununsesi.info Ukraina mətbuatına istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Ofisinin rəhbəri Andrey Yermak deyib.

O söyləyib ki, Rusiya ordusu Ukrayna paytaxtına raket zərbələri endirib.

Ukrayna Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hücumlar “İsgəndər” raketləri ilə həyata keçirilib.

Ərazidə hava hücumu xəbərdarlığı işə salınıb.

Gununsesi.info