Rusiya ordusu Xersondan niyə çəkildi? – Dünyanın danışdığı mövzu haqqında TƏHLİL

  • By arzu
  • 10 Noyabr 2022 16:48

Son günlərdə Rusiya ordusunun nəzarətində olan yeganə vilayət mərkəzindən rus qoşunlarının çıxarılması dünən bütün dünya mediasının gündəm mövzusuna çevrilib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Xersonun müdafiəsində olan qoşunlara şəhəri tərk etməyi və Dneprin sol sahilinə keçməyi əmr etdi.

HTML tutorial

Bəs, Putinin bu addımın əsl səbəbi nədir?, bu qərar müharibənin bundan sonraki gedişatına necə təsir göstərəcək?

Gununsesi.info bu önəmli mövzu ilə bağlı siyasətçi Kamran Məmmədlidən müsahibə götürüb. Həmin siyasi təhlil yazısını sizə təqdim edirik.

 

AĞ Partiya Mərkəzi Aparatının sədri Rusiya Prezidenti Putinn bu addımını rus ordusunun zəyif durumda olması ilə izah edir.

Onun sözlərinə görə, Rusiyanın Xersondan geri çəkilməsi rus ordusunun hərbi nüfuzuna növbəti zərbədir.

“Bildiyiniz kimi, Rusiya ordusunun bu formada “taktiki” geri çəkilmələri ilk belə hal deyil. Daha öncə aprel ayında Rusiya Kiyev və Çerniqov vilayətlərindən geri çəkilməsini sülh danışıqlarını stimullaşdırmaq üçün “xoşməramlı jest” kimi izah etmişdi. Ancaq son olaraq Xarkov vilayətindən və indidə Xersondan çəkilməsi artıq Rusiyanın bu müharibədə çıxılmaz vəziyyətdə olmasının göstəricisi kimi qiymətləndirirəm. Bəzi rus yönümlü ekspertlər bunun Rusiyanın dialoq masasına qayıtması üçün siyasi addım olduğunu düşünsələr də, mən bu fikirlə razı deyiləm”.

Siyasətçinin fikrincə, Rusiya, əlbəttə dialoqa getmək istəyir, ancaq bu əraziləri əlində saxlamaq şərti ilə.

“Çünki dialoq və danışıqlar masasında nəyəsə nail olmaq üçün mütləq tərəflərin hər biri nəyisə güzəşt etməlidir. Bu səbəbdən, Rusiya artıq öz ərazisi kimi elan etmiş Xersondan vaz keçmək istəsəydi belə, bunu hərbi döyüşlə yox, masada “xoşməramlı jest” kimi etməsi daha məntiqli olardı”, Məmmədli bildirir.

Siyasətçinin məntiqincə, indiki durumda əgər dialoqa baş vurularsa, Rusiya artıq başqa əraziləridə qurban verməyə məcbur qalacaq ki, bu da Putinin sarsılmış nüfuzuna daha bir ciddi zərbə vuracaq. O vurğulayır ki, eyni zamanda hərbi yolla Ukraynanın üstünlüyü ələ keçirməsi və günü gündən yeni əraziləri işğaldan azad etməsi Zelenski hakimiyyətini daha stimullaşdırmaqdadır.

“Müharibənin indiki gedişatında düşünmürəm ki , Ukrayna danışıqlar masasına razı olsun. Çünki müvəqqəti atəşkəs olarsa, bunun Rusiyanın leyhinə olması ehtimalı daha yüksəkdir”, –  deyə o açıqlayır .

Partiya rəsmisinin fikrincə, əgər danışıqlarda uğur əldə olunmazsa, Rusiya, ən azından, bu arada imkan tapıb İrandan daha çox silah tədarükünü artıracaq və səfərbər olan əsgərlərini də tam təchiz etmiş olacaq.

“Müharibədə əldə olunan qısa fasilə yorğun rus hərbiçilərinə yeni nəfəs verəcək. Bütün bunları nəzərə alaraq indiki məqamda düşünmürəm ki, Zelenski uğur əldə etdiyi vaxtda danışıqlar masasına razı olsun. Fikrimcə , bu münaqişəsin sülh yolu ilə yekunlaşması, mütləq iki tərəfin nələrisə güzəşt etməyə hazır olmasına bağlıdır . Əks halda, bu müharibənin yaxın zamanda yekunlaşacağını gözləmək sadəlövhlük olar “, – deyə o fikirlərini tamamlayır.

Arzu Sayad.

Gununsesi.info