Rusiya ordusu Soledar şəhərini mühasirəyə aldı

  • By admin
  • 11 Yanvar 2023 14:33

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Soledar şəhərini blokadaya alıb. 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov açıqlayıb.

Onun sözlərinə görə, rusiyalı hərbçilər şəhəri şimaldan və cənubdan mühasirəyə alıb və şəhərdə döyüşlər gedir.

Xatırladaq ki, yanvarın 10-u Rusiya ordusu Soledar şəhərinə hücum edib.

Gununsesi.info