“Rusiya Ordusu taktiki təşəbbüsü itirib” - Ukrayna SQ

  • By admin
  • 02 Mart 2022 10:41

Rusiya qüvvələri Kiyevi şimal və şimal-qərb istiqamətindən mühasirəyə almaq üçün hücum cəhdlərini davam etdirir.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı öz Facebook səhifəsində yazıb.

“Podolsk istiqamətində düşmən zirehli texnika ilə Qoreniçi, Qostomel, Demidova doğru irəliləyərək Kiyevi şimal və şimal-qərbdən mühasirəyə almağa çalışır”.

Ukrayna tərəfi Rusiya hərbçilərinin Xerson və Nikolayev şəhərləri istiqamətində irəlilədiklərini, Mariupol şəhərini mühasirəyə almağa çalışdıqlarını açıqlayıb.

Baş Qərargah Rusiya Ordusunun heç bir istiqamətdə ciddi uğur əldə edə bilmədiyini bildirib.“Düşmənin mənəvi durumu və qələbə əzmi şiddətli müqavimətinə görə sürətlə azalır. İşğalçılar bütün istiqamətlərdə itki verirlər”, – deyə açıqlamada deyilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı isə böyük itkilər səbəbilə Rusiya Ordusunun səfərbərlik elan edərək ehtiyat qüvvə topladığını bildirib.

“Düşmən taktiki təşəbbüsü itirib və hücum tempini azaltmalı olub”, – deyə Zalujnı qeyd edib.

 

 

Gununsesi.info