Rusiya Ordusu Xarkovdan geri çəkilmə səbəbi nədir? -AÇIQLAMA

Rusiyanın Xarkov vilayətinə təyin etdiyi “administrasiya rəhbəri” Vitali Qançev rus qoşunlarının bu istiqamətdən çıxarılmasına şərh verib.
Gununsesi.info xəbər verir ki, “Rossiya 24” telekanalına danışan Vitali Qançev bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Xarkov yaxınlığındakı hərbi qulluqçularının sayı bir neçə dəfə çox olduğundan, Rusiya qoşunları şəxsi heyəti qorumaq üçün oradan çıxarılıb.
“Ukrayna ordusunun əks-hücum əməliyyatına keçən qüvvələrindən danışsaq, o, bizim qoşunların sayından az deyil, təxminən 8 dəfə çox idi. Ona görə də şəxsi heyətimizi qorumaq üçün hesab edirəm ki, geri çəkilmək, yenidən qruplaşmaq qərara alınıb”.
Sentyabrın 8-də Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində Balakleya, İzyum və Kupyansk şəhərləri istiqamətində hücuma başladığı məlum olub. Sentyabrın 10-da rus bölmələrinin İzyumu tərk etməli olduğu bildirilib

Gunusesi.info