Rusiya ordusunun Ukraynadakı itkilərinin son siyahısı - FOTO

  • By admin
  • 31 Mart 2022 15:30

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Gununsesi.info xəbər verir ki ,bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, 24 fevral-31 mart tarixlərində Rusiya tərəfinin şəxsi heyət sıralarında itkisi təxminən 17 500-ə çatıb.

Bundan əlavə, gedən döyüşlərdə Rusiya ordusunun 614 tankı, 1735 zirehli döyüş maşını, 311 artilleriya sistemi, 96 reaktiv yaylım atəş sistemi, 54 HHM sistemi, 135 təyyarəsi, 131 helikopteri, 1201 avtomobil texnikası, 7 kateri, 75 yanacaq-sürtkü materialları çəni, 83 kəşfiyyat PUA-sı, 22 xüsusi texnikası, 4 əməliyyat-taktiki raket kompleksinin buraxılış qurğusu məhv edilib.

Gununsesi.info