Rusiya – Paraqvay oyunu təxirə salındı

  • By admin
  • 23 Mart 2024 11:40

Martın 25-si Moskvada keçirilməsi planlaşdırılan Rusiya – Paraqvay yoxlama oyunu təxirə salınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Futbol Federasiyası məlumat yayıb.

Bilirilib ki, qərar dünən “Crocus City Hall”da törədilən terror aktı səbəbindən verilib.

Qarşılaşma qeyri-müəyyən vaxta keçirilib.

Qeyd edək ki, Rusiya millisi martın 21-də Moskvada Serbiya millisi ilə yoxlama oyunu keçirmiş və 4:0 hesabı ilə qələbə qazanmışdı.

 

Gununsesi.info