
Rusiya peyki Türkiyədə baş verən zəlzələ nəticəsində dağılan hava limanının görüntüsünü yayıb.
Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, görüntü 2 il əvvəl baş verən zəlzələnin fotosu ilə müqayisə edilib.
Görüntülərə əsasən, hava limanının ətrafındakı ərazinin su altında qaldığı məlum olur.
Qeyd edək ki, Türkiyənin cənub bölgəsində yerləşən və 16 il əvvəl istifadəyə verilən Hatay Hava Limanı zəlzələdə ciddi zədələnib. Uzunluğu 3 kilometr, eni 45 metr olan beton eniş zolağı dağılıb. Belə ki, hava limanı binasının ətrafında 2 metrə yaxın çökmələr yaranıb. Hazırda səlahiyyətlilər uçuş-enmə zolağında təmir və texniki xidmət işlərini davam etdirirlər.
Gununsesi.info