Rusiyada LGBT hərəkatı “ekstremist” hesab edildikdən sonra polis gey klublara basqın etməyə başlayıb.
Gununsesi.info xəbər verir ki, Moskvada LGBT klubuna basqın zamanı bəzi şəxslər saxlanılıb.
Rusiya Ədliyyə Nazirliyi LGBT hərəkatının fəaliyyətində sosial və dini ayrılıq elementlərinin aşkar edildiyini və bu vəziyyətin federal qanunları pozduğunu bildirib.
Bu qərardan sonra polis LGBT üzvlərinin toplaşdığı əyləncə məkanlarına basqın etməyə başlayıb. Məkanda olanlardan bəzilərinin yerə yıxılaraq nəzarətə alındığı görülüb.
Gununsesi.info