Bu gecə Polşa hava məkanı Rusiya dronları tərəfindən dəfələrlə pozulub.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Rəsmi Varşava bildirib.
“Rusiya dronları Polşa aviasiyası tərəfindən vurulub” deyə açıqlamada bildirilir.
Siyasi şərhçi Şahin Cəfərli Gununsesi.info-ya deyib ki, Ukrayna müharibəsi başladıqdan bəri ilk dəfə olaraq bir NATO ölkəsi Rusiya hava vasitələrinə qarşı silah tətbiq edib:
”Baş verənlər və cinayətkar Putin rejiminin azğınlaşması heç şübhəsiz ki, ABŞ başda olmaqla (həm Bayden, həm Tramp dövründə) NATO blokunun acizliyinin birbaşa nəticəsidir. Avropada böyük bir müharibə getdiyi gerçəyini heç cür qəbul etməyən, öz komfort zonasından çıxmaq istəməyən, nəhəng Şər qarşısında bütün bədəlin məzlum və əzabkeş Ukrayna xalqı tərəfindən ödənməsini istəyən gedonist Qərb işğalçını daha da həvəsləndirir.
Putin hazırda NATO-nun 5-ci maddəsini test edir. Əgər ABŞ liderliyindəki ittifaq bu maddənin tələblərinə və fəlsəfəsinə uyğun reaksiya ortaya qoymasa, NATO de-fakto çökmüş olacaq”.
Afət Abbasova
Gununsesi.info












