Rusiya prezident seçkilərində saxtakarlıq- VİDEO

Rusiya prezident seçkilərində saxtakarlıq

Rusiyanın paytaxtı Moskvada seçki məntəqələrinin birində saxtakarlıq faktı qeydə alınıb.
Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, seçki dairəsi komissiyasının üzvlərindən birinin sandığa saxta bülleten atması kameraya düşüb.
Məsələ ilə bağlı açıqlama verən Rusiya MSK-nın Moskva şəhəri üzrə komissiyasının sədri İrina Konovalova saxtakarlıq faktı aşkar edildikdən sonra seçki dairəsinin sədri və komissiya üzvünün işdən çıxarıldığını bildirib.

Qeyd edək ki, rusiya müxalifəti də prezident seçkilərinin ədalətli keçmədiyini deyir.

Seçkilərin nəticələrinin obyektiv olacağına inanmadığını deyən müxalifətçilər məntəqələrdə kütləvi saxtakarlıqların şahidi olduqlarını deyirlər. Onlar insanların kütləvi şəkildə mikroavtobuslarla seçki məntəqələrinə daşındığını iddi edirlər.

Gununsesi.info

COMMENTS