

İndi ABŞ-ın sabiq prezidenti Ronald Reyqan partiyasının seçkilərdə qalib gəldiyi üçün məzarında tərs dönməz.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransındə Rusiya-ABŞ münasibətləri haqqında mövqeyini açıqlayarkən deyib.
Putinin sözlərinə görə, ABŞ-ın Demokratlar Partiyası öz uğursuzluğunu xarici faktorla əsaslandırır: “Biz bilirik ki, Demokrtalar təkcə prezident seçkilərini uduzmadılar, onlar Senata və Konqresə keçirilən seçkilərdə də uduzublar və azlıq təşkil edirlər. Onda Senata uduzmaq da, bizim və ya mənim işimdir? Demokratlar uğursuluqlarını on yeddinci əsrdə dağıdılmış “saat qülləsi” ilə izah edirlər. Məgər saat qülləsini də biz dağıtmışıq? Səbəb odur ki, ABŞ-ın Respublikaçıalr Partiyasının bir sıra nümyəndələrinin Rusiya prezidentini ona görə dəstəkləyir ki, bizim dünyada baş verən proseslərdə və dəyərlər məsələsində mövqeyimiz üst-üstə düşür”- deyə, Putin vurğulayıb.
İki ölkə arasındakı əlaqələrə gəldikdə isə Putin deyib ki, daha sıx əlaqələr qurmaq üçün yaxşı bir təmələ sahibdirlər. “Hesab edirəm ki, ABŞ-ın sabiq prezidenti Donald Reyqan partiyasının qələbə çaldığına görə sevinər və məzarında tərs dönməz”.
Gununsesi.info