Rusiya prezidenti ölkədə benzinin qiymətinin artmasını şərh edib - "ƏGƏR İSTƏMİRİKSƏ BENZİNİMİZİ ÖLKƏDƏN UCUZ OLDUĞU ÜÇÜN ÇIXARSINLAR..."

  • By admin
  • 15 İyul 2017 11:27

putin-brifinq

Rusiya prezidenti Vladimir Putin ölkədə benzinin qiymətinin artmasını şərh edib.

Gununsesi.info-nun trend-ə istinadən verdiyi məlumata görə, o, bunun müxtəlif faktorla əlaqəli olduğunu deyib.

Rusiya prezidentinin sözlərinə görə, benzinin qiymət artımı ilk növbədə bu xarici yanacaq bazarının konyukturası ilə bağlıdır.

V.Putin deyib: “Əgər bizdə azad bazardırsa, biz qiymətləri qonşu ölkələrdəki qiymətlərdən fərqli saxlaya bilmərik, əks təqdirdə “dəmir qapılar” düzəltməyə məcburuq”.

Onun sözlərinə görə, Rusiyada benzinin qiyməti qonşu ölkələrdən az olduğundan yanacağın sərhəddən çıxarılması halları baş verəcək: “Əgər istəmiriksə benzinimizi ölkədən ucuz olduğu üçün çıxarsınlar, ölkənin daxilində qiymətə nəzarət etməliyik”.

Gununsesi.info