Rusiya Prezidentindən dünyayı silkələyəcək açıqlama – Dünyanın gizli güclərindən, hər şeyə nəzarət edənlərdən danışdı

  • By admin
  • 25 Noyabr 2022 16:47

Rusiya Prezidenti Vladimir Putin dünya üçün önəmli açıqlamalar verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, rus lider planetdə ölkələrarası qlobal ödəmə sisteminin nizamlanması haqqında danışıb. Rus Prezident öz təbirincə “dünyanın əfəndiləri” adlandırdığı həmin gücləri bu şəkildə izah edib:

“İndiki qlobal ödəmə sisteminin nizamlanması maliyyə qrupları və azsaylı dövlətlər tərəfəndən yönəldilən kiçik bir qrupun nəzarəti altındadır. Onlar dünyanın əfəndiləridir və monopolist şəkildə hər şeyə nəzarət edirlər”.

Vladimir Putin Moslvadakı “Sberbank” tərəfindən gerçəkləşdirilən “Suni zəka dünyasında yolçuluq” mövzusundakı beynəlxalq konfransdakı çıxışı zamanı bu fikirləri səsləndirib.

Putin söyləyib ki, rəqəmsal pul vahidlərinin texnologiyaları təməl alaraq yeni ölkələrarası sistemləri inkişaf etdirə bilər.
“İştirakçılar üçün tamamı ilə etibarlı və banklardan üçüncü tərəfin müdaxiləsindən sərbəst şəkildə yeni bir qlobal ödəmə sistemi yaratmaq mümkündür”, – deyə rus Prezident bildirib.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info