
Rusiya Baş naziri Dmitri Medvedyev türkiyəli həmkarı Binəli Yıldırımla dekabrın 6-da görüşəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya hökümətinin mətbuat mərkəzi məlumat yayıb.
“Medvedyev və Yıldırım əsasən iqtisadiyyat və investisiya sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək. Tərəflər enerji, sənaye, nəqliyyat və digər mövzularla da bağlı fikir mübadiləsi aparacaq”, – açıqlamada bildirilib.
Bəzi məlumatlara görə, nazirlərin Suriya və İraq böhranları başda olmaqla regional problemlərlə də bağlı danışıqlar aparacağı gözlənilir.
Gununsesi.info