
Rusiya Ukraynanın cənubundakı Zaporojye Atom Elektrik Stansiyasının (AES) ətrafındakı ərazini tam tərksilah etməyəcək.
Gununsei.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev Qərbin Zaporojye AES-lə bağlı xəbərdarlığına cavab olaraq bildirib.
Rusiya XİN rəsmisi bölgənin tərksilah edilməsinin obyekti daha həssas hala gətirəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Qərb ölkələri dəfələrlə Rusiyanı Zaporojye AES-dən çıxmağa çağırsalar da, Moskva bundan imtina edib.
Gununsesi.info